Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ! Prezident mühüm Qanunu təsdiqlədi

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndi Sədərək rayonunun tabeliyinə verilib.

"RegionTV.info"nun  məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi  “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanunda əksini tapıb.

Bununla əlaqədar “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda da analoji dəyişiklik edilib.

Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də