
"RegionTV.info" xəbər verir ki, Minatəmizləmə Agentliyinin qərargah rəisi İdris İsmayılov görülən işlərlə bağlı səfər edənlərə məlumat verib.
İ. İsmayılov bildirib ki, Agentlik tərəfindən 1 aydan artıq vaxt ərzində minatəmizləmə əməliyyatlarına başlayıb: “Hazırda Bərdə-Ağdam dəmiryolu xəttindəyik. Uzunluğu 25 km, eni isə 40 metrdir. Bu günə kimi 2 km-ə yaxın, ümumi götürsək, 37400 kv. metr ərazi yoxlanılıb. Aparılmış əməliyyat axtarış tədbirləri zamanı 35 ədəd tank əleyhinə mina, 41 ədəd piyada əleyhinə mina, və 2 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb. Əməliyyat axtarış tədbirlərimiz hazırda da davam edir. Bu günə kimi ərazidən 2 xətt boyunca piyada əleyhinə mina, 1 xətt boyunca tank əleyhinə mina aşkar edilib. Ərazi partlamamış hərbi sursatlar və minalarla çirklənmiş ərazidir. Əvvəlki təmas xəttidir. Bu gün də aparılan əməliyyat zamanı 3 ədəd piyada əleyhinə, 1 ədəd tank əleyhinə mina aşkar edilib. Həmin tapıntıların ərazidə partlayış yolu ilə zərərsizləşdirilməsi həyata keçiriləcək”.