Gürcüstanın Oni şəhərində rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib. "RegionTV.info"xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri yerin 6 kilometr dərinliyində yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur.