Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nazir yeni direktor təyin etdi

Bakı Dövlət Sirkinə yeni direktor təyin olunub.


"RegionTV.info xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elmir Hüseynov sirkin direktoru vəzifəsinə təyinat alıb.

Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə faktı təsdiqləyib.

Qeyd edək ki, E.Hüseynov 1978-ci il dekabrın 2-də Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alıb.

Azərbaycanda və xaricdə keçirilən çoxsaylı treninq və tədqiqat turlarında iştirak edib. 2017-2020-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin
Gürcüstandakı səlahiyyətli nümayəndəsi olub.

Qeyd edək ki, Bakı Dövlət Sirkinin əvvəlki direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Bağırzadə bir neçə gün əvvəl 67 yaşında vəfat edib.
QALEREYA

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də