Hesablama Palatasının 7 auditorundan 4-ü eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb.
"RegionTV.info" xəbər verir ki, onlardan biri olan Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır.
Mehriban Nadir qızı Alışanova 1963-cü il fevral ayının 9-da anadan olub.
1986-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya Institutunun (Dövlət Neft Akademiyası) iqtisadiyyat fakültəsini bitirib. 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
1982-2003-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Şirkətində işləyib.
2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Milli Televiziya və Radio Şurasına vəzifəyə təyin edilib və həmin ildən 2007-ci ilədək Sədr müavini vəzifəsində çalışıb.
19 oktyabr 2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatasının auditoru təyin edilib.
A.Alışanova hazırda da Hesablama Palatasının 5 auditorundan biridir.
Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Arif və Mehriban Alışanovların 3 övladı var.
Xəbəri paylaş