Hesablama Palatasının yeddi auditorundan dördü eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb.
"RegionTV.info" xəbər verir ki, həmin şəxslər Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.
Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır.
Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır.
Xəbəri paylaş