
"RegionTV.info" xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 177 899-a çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 3 253-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 836 nəfərdir. İndiyədək 165 975 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 7 835 aktiv koronavirus xəstəsi var.
Xatırladaq ki, ötən gün ölkədə koronavirusdan ölənlərin sayı 4 nəfər olub.