Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda sərxoş Türkiyə vətəndaşı qəza törətdi: Xəsarət alanlar var - FOTO

Bakının Sabunçu rayonunda avtomobil qəzası zamanı iki nəfər xəsarət alıb.

"RegionTV.info"nun   məlumatına görə, hadisə Maştağa qəsəbəsində baş verib.
50-DX-778 dövlət qeydiyyat nişanlı “Changan” markalı avtomobili idarə edən Kemal Çalkıcı sükana nəzarəti itirib. Nəticədə avtomobil körpüdən aşıb.

Qəza nəticəsində sürücü K.Çalkıcı və sərnişin Taner Akbaş ağır bədən xəsarətləri alıb. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Sabunçu RPİ-nin 14-cü Polis Bölməsindən verilən məlumata görə, sürücü və sərnişin sərxoş vəziyyətdə olub.
QALEREYA

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də