
"RegionTV.info"nun məlumatına görə, Lənkəran şəhər sakini, Hənifə Abdullayev küçəsi ev 9, bina 12/64 saylı ünvanda yaşayan 1994-cü il təvəllüdlü Həsrət Lazım oğlu Əzimov bıçaqlanıb.
Yaralı yaxınlarının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin sol ön səthinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata alınıb.
Faktla bağlı araşdırma aparılır.