
"RegionTV.info" xəbər verir ki, peyvəndin istifadəsindən sonra qanda tromb yaranma riskinə dair hər hansı sübut yoxdur.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-a qarşı "AstraZeneca” vaksinindən istifadəni davam etdirməyi tövsiyə edir. ÜST-ün rəsmi nümayəndəsi Marqaret Harris qeyd edib ki, vaksinin faydası mənfi göstəricilərini üstələyir.
Xatırladaq ki, Avstriya, Danimarka, Norveç, İslandiya, Estoniya, Litva, Lüksemburq, Cənubi Kipr, Latviya, İtaliya və Tailand Krallığı COVID-19-a qarşı "AstraZeneca” vaksinindən istifadəni müvəqqəti dayandırıb. Səbəb kimi vaksinin az effektli olması və peyvənd vurulan bəzi şəxslərdə qan laxtalanmasının əmələ gəlməsi göstərilir. Qeyd olunan ölkələr peyvəndin hər hansı problem yaradıb-yaratmadığı aydınlaşana kimi peyvənddən istifadəni müvəqqəti dayandırmağa qərar verib.