Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ! Hava ilə bağlı XƏBƏRDARLIQ

Martın 13-də  gözlənilən hava şəraiti açıqlanıb.

"RegionTV.info"   xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 13-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0 dərəcə, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.  

Martın 13-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 12-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoz görə, martın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.  

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də