
Bununla bağlı martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqi də keçiriləcəyi deyilir. Ancaq bu günə qədər brifinqlə bağlı rəsmi heç bir məlumat yayımlanmayıb.
"RegionTV.info" xəbər verir ki, AZXEBER.COM sabah brifinqin keçirilib-keçirilməyəcəyi haqqında məlumatı dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb.
Qurumun sözcüsü deyib ki, bu haqda dəqiq məlumatı yoxdur:
"Martın 13-də Operativ Qərərgahın brifinqi olması ilə bağlı məlumatım yoxdur. Brifinq olacaqsa, əvvəlcədən mətbuata məlumat veriləcək".
İbrahim Məmmədov karantin rejiminin sərtləşəcəyi haqda da məlumatlı olmadığını bildirib.