"RegionTV.info"
"Bravo” supermarketlər şəbəkəsinin Şəmkir filialının açılışında karantin qaydaları pozulub.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, videogörüntülərdəndə də aydın olur ki, açılışda böyük izdiham yaşanıb və ora gələn şəxslər sosial məsafə qaydalarına əməl etməyiblər. Geniş müzakirələrə səbəb olan görüntülərdə polis əməkdaşları gözə dəysə də, onların toplaşanlar arasındakı məsafəni tənzimləmədiyi görülür. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da qatıldığı açılış mərasimində yüzlərlə şəxs mağazanın qarşısına toplaşaraq izdiham yaradıblar.
Qeyd edək ki, artıq bir ildir ki, koronavirusun yayılması ilə əlaqədar ölkədə kütləvi tədbirlərin, toy və nişan mərasimlərin təşkili qadağan edilib. Bununla yanaşı 2 metr ara məsafənin gözlənilməsi, açıq və qapalı məkanlarda tibbi maskadan istifadə məcburi xarakter daşıyır.
Xəbəri paylaş