
"RegionTV.info" xəbər verir ki, tərəflər bunu montaj adlandıraraq hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildiriblər.
DİN Mətbuat xidmətindən məsələ ilə bağlı "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyev qeyd edilən halla bağlı nazirliyin 102 xidmətinə müraciət edib: "Müraciət aidiyyatı üzrə Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə yönləndirilib. Bəxtiyar Hacıyev bölməyə dəvət edilərək ifadəsi alınıb. Hazırda araşdırmalar davam etdirilir”.