"RegionTV.info"
"İldə 150 toya gedirdim. 44 ildir toylar oxuyuram. Heç vaxt korluq çəkməmişəm. deyirdi ki, Yusifin toyu varsa, demək toylar var. Yoxdursa, yoxdur".
Bu sözləri Əməkdar artist Yusif Mustafayev "Günün sədası" proqramında deyib. Müğənni toy qonorarından danışıb. O bildirib ki, heç vaxt toy sahibinə qonorar demir:
"Qazandığımı tək yeməmişəm. Elə bilirlər ki, mənim milyonlarım var. Amma heç nəyim yoxdur. İndi tək milyonum can sağlığımdır. Məndən toy qiyməti soruşanda qonorar demirəm. Deyirəm ki, nə versən, min bərəkət. O, qiymət deməkdən daha yaxşıdır. Bir dəfə yanımda bir müğənniyə zəng etdilər, 6500 manat istədi. Qızına zəng etdi ki, gətirməyim, bahadır. Amma məcbur danışdı. Məndən soruşanda isə cavab verdim ki, nə olacaq, Allah bərəkət versin. Qayıtdı ki, sən uddun. Bu adam dostlarına deyib ki, toyda həmin müğənniyə bir manat xərclənməsin, hər şey Yusifə edilsin. Ürəyimdə tutduğum məbləğin dörd qatını yığdım. Axırda bir paket verdilər ki, Bakıda götürəcəklər. Yolda zəng vurdular ki, paket sənindir. Açdım ki, o məbləğ də ürəyimdə tutduğumdan çoxdur.
Mənə bir maşın bağışlayıblar ki... Bir zənglə getdim, kağıza qol çəkib, 110 min dollarlıq avtomobili bir manatsız götürdüm. Hamısı etdiyim gözütoxluğa görədir. Çox müğənni məndən yaxşı oxuyur. Amma mülayimliyimə görə xeyir tapıram".
Xəbəri paylaş