
"RegionTV.info" xəbər verir ki, bu, Ehram Məcidovdur.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev tərəfindən bu vəzifəyə təyin olunan E.Məcidov kikboksinq üzrə beşqat dünya çempionudur. O, 2010-2015-ci illərdə kikboksinq üzrə böyüklərdən ibarət millinin, 2015-2016-cı illərdə isə gənclər və yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi olub.
2010-cu ildən Prezident mükafatçısı olan Ehram Məcidov Əməkdar idman ustası və Əməkdar məşqçidir. O, eyni zamanda Azərbaycan Kunq-Fu Federasiyasının ümumi işlər üzrə vitse-prezidenti (2018-ci ilin mayından) və “Xocalı” idman klubunun direktorudur.
Qeyd edək ki, ötən ilin əvvəllərindən federasiyada vitse-prezident postu boş idi. Sonuncu dəfə bu postu Güloğlan Cabbarov tutub.
