Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda həkimlər qəza törətdi - Ölən və yaralananlar var

Baknın Binəqədi rayonunda ağır yol qəzası baş verib.

"RegionTV.info"   xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Zaur Əlizadə idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olan zaman Bakı-Sumqayıt şossesində körpünün üzərindən avtomobili aşırıb. Qəza nəticəsində sürücü Z.Əlizadə, sərnişin 26 yaşlı Emin Əliyev ağır xəsarət alıb. Digər sərnişin Şahin Məmmədov hadisə yerində ölüb. 

Qeyd edək ki, yaralılar Zığda yerləşən Modul Tipli Xəstəxananın həkimləridir. Onlar sonuncu dəfə Z.Əlizadənin doğum günü məclisindən çıxıblar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də