
"RegionTV.info"nun məlumatına görə, hadisə Binə qəsəbəsində baş verib.
2000-ci il təvəllüdlü Alışov Zeynal Asif oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı göbək nahiyəsindən bir neçə bıçaq xəsarəti alıb. O, 3 nömrəli şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.