Bu gün Sədərək rayonunda Bayraq Meydanı istifadəyə verilib.
"RegionTV.info" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib, yaradılan şəraitlə tanış olub.
"Sədərək rayonundakı Bayraq Meydanında üçrəngli bayrağımız İkinci Qarabağ müharibəsində qazanılan qələbə və şəhidlərin xatirəsinə qaldırılır", - deyən Ali Məclisin Sədri qurğunu işə salıb, üçrəngli dövlət bayrağı qaldırılıb.
Məlumat verilib ki, Sədərək rayonunda Bayraq Meydanının tikintisinə 2020-ci ilin aprel ayında başlanılıb. Bayraq dirəyinin hündürlüyü 33,5, bayrağın eni 8, uzunluğu isə 16 metrdir. Bayraq dirəyinin oturacağı siyanit plitələrlə üzlənib. Sahəsi 6 min 312 kvadratmetr olan meydanda geniş abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub, dekorativ ağac və gül kolları əkilib.
Xəbəri paylaş