Azərbaycanda Baş direktor işdən çıxarıldı - FOTO - EKSKLÜZİV
Tarix: 11-03-2021, 17:41Xəbərə baxış: 184
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin baş direktoru Şərifov Əflatun Mustafa oğlu işdən azad edilib.
Bu barədə "RegionTV.info"ya özəl olaraq məlumat daxil olub. Qeyd edək ki, Şərifov Əflatun 2005-2007-ci illərdə Teleradio İB-nin baş direktor müavini olub, 2007-ci ildə isə baş direktor vəzifəsinə təyin edilib.