Azad olunmuş ərazilərdə balıqçılığın inkişafı üçün işlər aparılır.
"RegionTV.info" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclasında bildirilib.
Qeyd olunub ki, regionda balıqçılığın inkişaf etdirilməsi məqsədilə balıqçılıq təsərrüfatlarının yaradılması üçün münasib ərazilərin müəyyən edilməsi, həmçinin mövcud olmuş və dağıdılmış təsərrüfatların bərpası üçün işlər aparılır.
Xəbəri paylaş