Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mədəniyyət naziri regional idarəyə yeni rəis təyin edib

Xaçmaz Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib.

"RegionTV.info"  xəbər verir ki, bununla bağlı Mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Vüsal Hüseynova həvalə olunub.

O, bu təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Quba Rayon Şöbəsinin rəisi vəzifəsində işləyib.

Qeyd edək ki, fevral ayında Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev işdən çıxarılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də