44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı birləşmələri tərkibində döyüşən və Azərbaycana əsir düşən erməni əsilli muzdlu snayper qadın, Livan vətəndaşı Maral Nacaryan ölkəsinə qaytarılıb.
"RegionTV.info" xəbər verir ki, Beynəlxalq Qırımızı Xaç Komitəsinin iştirakı ilə snayper qadın Beyrutdakı evinə göndərilib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşı İlahə Əliyeva Trend-ə açıqlamasında faktı təsdiqləyib.
Qurum rəsmisi bildirib ki, komitə münaqişə nəticəsində saxlanılan bir nəfərin öz ölkəsinə - Livana qayıtmasına yardımçı olub. Həmçinin komitə əməkdaşları həmin şəxs Azərbaycanda saxlanıldığı vaxtlarda ona baş çəkib və onun ailəsilə əlaqə saxlamaq üçün şərait yaradıb.
Xatırladaq ki, erməni əsilli Livan vətəndaşı M.Nacaryan ötən il noyabrın əvvəllərində Laçın rayonunun işğaldan azad edilməsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.
Xəbəri paylaş