Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Laçın polisi ermənilərin atıb qaçdığı silah-sursatı aşkarladı

Xocavənd rayonunda erməni hərbi birləşmələrinin ataraq qaçdığı silah-sursat aşkarlanıb.

"RegionTV.info"  xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan daxil olan məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbir zamanı Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində erməni hərbi birləşmələrinin ataraq qaçdığı bir ədəd avtomat, bir ədəd karabin, bir ədəd tüfəng, səkkiz ədəd RQD-5 əl qumbarası və alışdırıcıları, 20 ədəd avtomat sandığı, 3 500-ə yaxın avtomat və pulemyot güllələri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də