Azərbaycanda vəzifəli şəxslər karantin qaydalarını POZDULAR
Sabirabadda vəzifəli şəxslər maskaya görə cərimələnib.
"RegionTV.info" xəbər verir ki, RİH-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Xəlilov Sübhan və iki mühasib barəsində inzibati xətalar məcəlləsinin 211.1-ci maddəsi ilə protokol yazılıb.
Onlar polis şöbəsinə aparılıb və həmin şəxslərin barəsində protokol yazıldıqdan sonra sərbəst buraxılıb.