Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Azəriqaz”da kadr dəyişikliyi olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.

"RegionTV.info"  xəbər verir ki,  Bu barədə “Azəriqaz”dan məlumat verilib.

Bildirilib ki, Baş direktor Ruslan Əliyevin imzaladığı əmrlərlə Fariz Rza oğlu Məmmədov digər işə keçməsi ilə əlaqədar olaraq “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad olunub. Bu vəzifəyə Zaur Ləyaqət oğlu Məmmədov təyin edilib.

Z.Məmmədov bu təyinata qədər Bakı Regional Qazın Satışı Departamentinin rəisinin Xəzər rayonu Xidmət Sahəsi üzrə müavini vəzifəsində çalışıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də