Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda son 10 ildə 248,2 min hektar torpaq sahəsi əkinə cəlb edilib

Azərbaycanda ötən il 824 fiziki və hüquqi şəxsə icarəyə verilmiş 232,6 min hektar torpaq sahəsinin 168,5 min hektarında və yaxud 72,5%-də əkin işləri aparılıb, qalan 64,1 min hektar ərazi isə boş və istifadəsiz qalıb.

"RegionTV.info"  xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyətinə dair hesabatında bildirilir.
Bundan başqa, sənəddə deyilir ki, 2010-2020-ci illərdə örüş-otlaqlardan Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə 31 rayon üzrə 248,2 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib.

Bunlardan isə icarəyə verilmiş 236,9 min hektar torpaq sahəsinin 148,8 min hektarında (63 %) əkin aparılıb, 15,5 min hektarında ( 6 %) ayrılma məqsədinə uyğun hazırlıq və zəruri tikinti-quraşdırma işləri ( torpaq hamarlama, şum, tikili-qurğuların inşası, meliorativ tədbirlər) görülüb, 72,6 min hektar ( 31 %) isə yeni təyinatı üzrə istifadə edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də