Gəncə şəhərində evlənmək məqsədi ilə qaçırılan qız tapılıb.
"RegionTV.info" xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin (RPİ) birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini, 1991-ci il təvəllüdlü Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırılan 2000-ci il təvəllüdlü G.Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir.
Xəbəri paylaş