Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Semaşko”da həkimlərin maaşları verilmir - ŞİKAYƏT

1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) həkimləri koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri üçün onlara verilən əlavələrin yanvar ayından ödənilmədiyini bildiriblər.

"RegionTV.info"  xəbər verir ki, bu barədə “oxu.az”a xəstəxanada çalışan həkimlər məlumat veriblər.
Onların sözlərinə görə, bu ilin yanvar ayından həkimlərə əlavə ödənişlər verilmir. Həkimlər iddia ediblər ki, onlara fevral ayının əməkhaqları verilməyib.

Məsələ barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, bu gün ərzində ödəniş olacaq:

“Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yanvar ayı üzrə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələrin ödənişi davam edir. Ödənişlərin 11 mart tarixində başa çatması nəzərdə tutulur”.
“Dövlət tibb müəssisələri tərəfindən siyahılar göndərildikdən sonra agentlik fevral ayı üzrə də ödənişlərə başlayacaq”, - deyə qurumdan qeyd edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də