
"RegionTV.info"nun məlumatına görə, hadisə Həsən bəy Zərdabi küçəsində qeydə alınıb.
Hərəkətsiz vəziyyətdə olan 99-NV-914 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin mühərrik hissəsi qəfildən alovlanıb. Avtomobilin xanım sürücüsü ətrafdakıları köməyə çağırıb.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğın söndürülüb və alovun ətrafa keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində avtomobilə ciddi ziyan dəyib.
Hadisənin səbəbi araşdırılır.
QALEREYA