Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qaz limitinin artırılması ilə bağlı təklifə RƏSMİ MÜNASİBƏT

Nazirlər Kabineti (NK) yüksək dağlıq əmsalı tətbiq olunan rayonlara güzəştli qaz limitinin artırılması ilə bağlı təklifə münasibət bildirib.

"RegionTV.info xəbər verir ki, bu barədə NK 2020-ci il üzrə hesabatında qeyd olunub. 
NK hesabatında açıqlayıb ki, tarif tənzimlənməsi həyata keçirilərkən gəlirlər təchizatçı subyektlərin yalnız zəruri xərclərini bağlayacaq səviyyədə nəzərə alınıb.

Bu baxımdan ölkənin hər bir regionunda aşağı tariflə illik istehlak həcminin yüksəldilməsi təchizatçının maliyyə nəticələrinə mənfi təsir etməklə həmin region üzrə xidmətlə bağlı yaranan xərclərin qarşılanması məqsədilə digər regionlarda illik istehlak həcminin azaldılması zərurətini yaradır. Bu da istehlakçılar arasında sosial ədalət prinsiplərinin pozulmasına səbəb olur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də