"RegionTV.info"ya İnformasiya Agentliyinin Bərdə Bürosuna şikayət edən sakinlər.
"RegionTV.info" İnformasiya Agentliyinin Bərdə Bürosunda fəaliyyət göstərən ARANTV. AZ-a istinadən xəbər verir ki,Bərdənin mərkəzindəki Üzeyir Hacıbəyov küçəsində yerləşən beşmərtəbəli binanın sakinləri xeyli vaxtdır ki, üzləşdikləri problemin həllində aciz qalıblar. Sakinlərin bildirdiyinə görə yaşadıqları binanın zirzəmisi su-kanalizasiya sisteminin sıradan çıxmasına görə çirkab suların əsirinə çevriliblər.Zirzəmidəki istismar müddətini başa vurmuş borular yenilənmədiyindən korroziyaya uğramaqla sıradan çıxıb. Suyu nəql eləmək qabiliyyətini tamamilə itirib. Boruların deşilməsi nəticəsində içməli su istehlak oluncaya qədər itkilərə məruz qalır. Binanın zirzəmisinə axmış olur. Bununla yanaşı kanalizasiya xəttləridə tamamilə bərbad gündədir.Çirkab suları axıtmaq qabiliyyətini tamamilə itirib.
Zirzəmilərə axan su kanalizasiya tullantılarına qarışdığından problemin mahiyyəti daha da qəlizləşir. İnsanlar üfunət qoxuyan çirkab sularının qoxusuna dayana bilmir. Ekoloji fəlakətin astanasında olmaqla daha gərgin təhlükə ilə üzləşirlər. Ağcaqanadların, gəmiricilərin, digər təhlükəli həşaratların xəstəliyə münbit şərait yaranmış olduğundan sakinlər sağlamlıqlarına yaranmış real təhdidlə qarşılaşmış olurlar. Di gəl, bunları əlaqədar qurumlara anlat ki, onlar da maddi, ekoloji, sağlamlığa vurulan zərbəyə görə məsuliyyətləri qarşısında azacıqda olsa xəcalət çəksinlər.
Belə yerdə milli Azərbaycan folkloruna məxsus bir atalar sözü yada düşür. Çörəyi ver, çörəkçiyə,birində üstəlik.Yəqin işbaşında olan vəzifəli bacarıqlı ,işgüzar olsa problemi müxtəlif aspektlərdən incələyər,həlli yolunu da tapmış olardı.
Xəbəri paylaş