Dünən sosial şəbəkə hesabında yazı paylaşan İbrahim Tatlıses 7 uşaq sahibi olduğuna görə peşman olduğunu bildirib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi "İndiki ağlım olsaydı, bu qədər uşaq sahibi olmazdım. Prezidentimizin də dediyi kimi 3-ü yetər, hələ artar da" – deyə yazıb.
Tezliklə ekranlara dönməyi planlaşdıran Tatlısesin “Twitter”də paylaşdığı "İndiki ağlım olsaydı, 7 övladım olmazdı! Allah insanlara uşağın ən yaxşısını versin, olmasa da, ümumiyyətlə, verməsin, çünki azı qərar, çoxu zərər” sözləri müzakirələrə səbəb olub.