Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyəli deputat: “Torpaqlar işğaldan azad edildiyindən bölgədə münasibətlərin normallaşmasını istərdik”

“Artıq Azərbaycan torpaqları işğaldan azad edilib. Ermənistanda yaşayan insanlar ciddi problemlərlə üz-üzədir, bu, onların daxili məsələsidir. Biz isə bölgədəki bütün insanların sabitlik və sülh şəraitində yaşamasını istərdik”.

"RegionTV.info  xəbər verir ki, bunu bu gün Azərbaycana səfərin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının üzvü, Cümhuriyyət Xalq Partiyasının (CHP) Eskişəhər millət vəkili Utku Çakırözer Türkiyə-Ermənistan münasibətləri ilə bağlı sualı cavablandırarkən bildirib.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının üzvü, İYİ Partiyanın Bursa millət vəkili Ahmet Kamil Erozan isə deyib ki, Türkiyə SSRİ-nin süqutundan sonra müstəqillik əldə edən bütün dövlətlərin müstəqilliyini tanıyıb. O, Türkiyə-Ermənistan münasibətlərində problemin Azərbaycan torpaqlarının işğalından sonra yarandığını və münasibətlərin normallaşması üçün Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin əsas şərt olduğunu bildirib: “10 noyabr bəyanatından, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra bölgədə münasibətlərin normallaşmasını müşahidə etmək istəyərdik”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də