Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda qadının uşaq arabasını oğurlaması təhlükəsizlik kamerasına düşüb - VİDEO

Bakıda qadın uşaq arabası oğurlayıb.

"RegionTV.info"nun  məlumatına görə, hadisə Qardağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan qadın qəsəbənin Seymur Orucov küçəsi, bina 35 ünvanında qapının yanında saxlanılan uşaq arabasını götürərək oradan uzaqlaşıb.

Görüntülərdən məlum olur ki, qadın uşaq arabasını götürüb liftə minir, bir qədər sonra isə liftdən çıxaraq oranı tərk edir. Bundan başqa, qadın həmin ərazinin yaxınlığında yerləşən kafenin önündə daynaraq naməlum şəxslə danışır.

Zərərçəkən şəxs Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə uşaq arabasını oğurlayan şəxsin tapılması üçün ərizə ilə müraciət edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də