SSRİ Xalq artisti Lyudmila Lyadova Moskvada vəfat edib.
"RegionTV.info"nun məlumatına görə, bu barədə 96 yaşlı sənətçinin keçmiş köməkçisi Qalina Qorbenko xəbər verib. Onun sözlərinə görə, ifaçı fevral ayının sonlarında koronavirus diaqnozu ilə 52 saylı Moskva xəstəxanasına yerləşdirilmişdi. Bir müddət sonra reanimasiyaya köçürülən L.Lyadova orad avəfat edib.
Xatırladaq ki, müğənni, pianino ifaçısı və bəstəkar kimi fəaliyyət göstərən mərhum 1925-ci il mart ayının 29-da Sverdlov vilayətində anadan olub.
Xəbəri paylaş