"RegionTV.info"
Bayram Zeynal oğlu Əliyev 1941-ci ildə Göycə mahalının Balaməzrə kəndində anadan olub. O, 1960-cı ildə Tətrtər rayonunun Qaradağlı kənd məktəbində orta təhsilini başa vuraraq həmin ildə Bakı Dövlət Universitetinin fizika fakultəsinə daxil olur 1965-ci ildə isə həmin təhsil ocağında sevib-seçdiyi ixtisasını müvəffəqiyyətlə başa vurur. 1966-ci ildə Elmi Şuranın qərarı ilə aspiranturaya göndərilən Bayram Əliyev, aspirantura təhsilini Sankt-Peterburq şəhərindəki A.F. İoffe adına Fizika-Texnika İnstitunda başa vuraraq, 1971-1976 –cı illərdə fizika-riyaziyyat elmləri namizədi, dosent, 1985-1990-cı illərdə isə, fizika-riyaziyyat elmləri doktoru, professor elmi dərəcəsini alır. Qeyd edək ki, fizikada yad cisimlər mövzusu ilə məşğul olan fizika elmlər doktoru Hafiz Paşayev, məhz adı çəkilən bu şəxsin opponenti olur.
Faktdır ki, bugünə qədər Bayram Əliyevin 178 elmi məqaləsi işıq üzü görüb və həmin məqalələr Yaponiyada, İngiltərədə, Fransada, Almaniyada və keçmiş SSR-də nəşr olunan jurnallarda da çap olunmuşdur. Onu da qeyd edək ki, indiyə kimi adı çəkilən bu şəxsin rəhbərliyi altında 3 nəfər dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almış, 3 nəfər isə dissertasiya işlərini müdafiə şurasına təqdim etmişlər. Ötən 45 il ərzində Azərbaycan Texnologiya Universitetinin fizika kafedrasına rəhbərlik edən Bayram Əliyev, hal-hazırda bu ali təhsil ocağında professor-məsləhətçi vəzifəsində çalışır. Bu şəxs hər zaman öz ömrünü Azərbaycanın gələcək inkişafına həsr etmiş, eyni zamanda ulu öndər Heydər Əliyev siyasətinin əhəmiyyətini gənc nəsillərə çatdırmaq üçün, daim fədəkarlıq da göstərmişdir. Dəyərli bir ziyalı olaraq o, bu gün də Heydər Əliyev siyasətinə, bu idealogiyaya şərəflə, vicdanla xidmət etməkdədir. Bəli, Bayram Əliyev hər zaman Ulu Öndərin diqqətində olan ziyalılardan biri olur. Belə bir səbəbdəndir ki, hazırda professor elmi adını daşıyan bu şəxs, bu gün də Heydər Əliyevin mənalı ömür yollarından bəhs edir, daha çox gənclər arasında bu yöndə lazımi təbliğati işlərini davam etdirir.
Qeyd edək ki, Ulu Öndərin vaxtsız vəfat etməsi dəyərli ziyalımıza da olduqca təsirini göstərir və onu sarsıdır. Hazırda ulu öndər Heydər Əliyev irsinin və siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin atdığı hər bir addımı qürurverici addım hesab edən Bayram Əliyev, bu gün də Azərbaycan təhsilinin inkişaf etdirilməsi yöndə yorulmaq bilmədən çalışır və bu sahəyə lazımi töhfələrini bəxş edir. Bəli, hazırda dəyərli ziyalımız yaşayır, yaradır və o halın varlığına da inanırıq ki, gələcəyimiz hesab etdiyimiz gənclər, məhz Bayram Əliyevin yaradıcıllığından daim bəhrələnəcəklər.
Xəbəri paylaş