Gəncədə “Çökək Hamam” qanunsuz olaraq özəl otelin saunasına çevrilib.
"RegionTV.info"nun xəbərinə görə, 415 yaşlı abidənin vəziyyətindən narahatlıq keçirən şəhər ziyalıları etiraz edirlər.
Şəhərin mərkəzində yerləşən bu tarixi tikilinin taleyinə laqeyd münasibət isə tariximizə, mədəniyyətimizə göstərilən biganə münasibətin nəticəsidir.
"RegionTV.info" olaraq “Çökək Hamam”ın düşdüyü vəziyyətlə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə etdiyimiz müraciət nəticəsiz qaldı. Xidmətin mətbuat katibi Fariz Hüseynov bir neçə gün öncə məsələ ilə bağlı bəyanat veriləcəyini bildirsə də, nədənsə dövlət qurumunun tarixi abidəmizə qarşı laqeyd münasibətinin şahidi oluruq. Belə çıxır ki, qədim abidənin özəl sauna və hamam kimi fəaliyyət göstərməyi əlaqədar şəxsləri nə maraqlandırıt, nə də narahat edir.
"RegionTV.info" Gəncənin narazı ziyalılarının çağırışını təqdim edir:
Xəbəri paylaş