Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK






Dövlət başçısı İlham Əliyevun dünən imzaladığı sərəncamla Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiqlənib və bununla da Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin qurumun sədri vəzifəsindən azad edilməsi rəsmiləşib.

Bu, son günlər həm siyasi çevrələrdə, həm də mətbuatda və sosial şəbəkələrdə personası ətrafında müzakirələr gedən Ramiz Mehdiyevin uzaqlaşdırıldığı ikinci komissiyadır.

Belə ki, bir neçə gün öncə - Prezidentin 3 sentyabr 2020-ci il tarixdə imzaladığı fərmanla Ramiz Mehdiyevin Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının sədri vəzifəsindən də kənarlaşdırlması rəsmiləşmişdi.

Amma bu hələ son deyil...

Modern.az-ın məlumatına görə, yəqin ki, AMEA prezidentinin daha bir neçə vəzifədən kənarlaşdırlıması rəsmiləşəcək.

Bunlardan biri Prezident yanında Vətəndaşlıq Məsələləri Komissiyasının sədri, digəri isə Prezident yanında Heraldika Şurasının sədri postlarıdır. Prosedura görə, hər iki qurumun sədri Prezident Administrasiyasının rəhbəri vəzifəsini tutan şəxs olmalıdır.

Ramiz Mehdiyev isə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxarıldığına görə, onun bu iki qurumun da sədrliyindən uzaqlaşdırlması rəsmiləşdirilməlidir.

Ramiz Mehdiyev hazırda həm də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür.

Bundan başqa, o, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmaqla yanaşı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 1999-cu ildən fəaliyyət göstərən Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsini tutduğu da məlumdur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də