Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov dövlət başçısının “COVİD-19”a qarşı peyvənd olunması barədə sualı cavablandırıb.
"Əgər o, (Vladimir Putin) lazımlı hesab edərsə, özü sizə bu barədə məlumat verəcəkdir" - deyə Kremlin sözçüsü bildirib.
Xatırladaq ki, avqustun 11-də Vladimir Putin Rusiyada dünyada koronavirusa qarşı ilk peyvəndin qeydə alındığını elan edib. Dərmana “Sputnik V” adı verilib və 15 avqustda istehsalına başlanıb. Əvvəlcə həkimlər və risk qrupundan olan vətəndaşlar peyvənd olunacaq. Kütləvi aşılamanın isə sentyabr ayının ortalarında keçirilməsi planlaşdırılır.
Məlumata görə, artıq Putinin qızı sınaq üçün "Sputnik V" ilə peyvənd olunub.
Və "Vektor" tədqiqat mərkəzi 8 sentyabrda artıq koronavirusa qarşı "EpiVacCorona" adlı ikinci rus vaksinini təqdim edib. “Rospotrebnadzor” dərmanın təhlükəsizliyi və effektivliyinin tədqiqatın klinikadan əvvəlki mərhələsində də sübut olunduğunu bildirib