Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ! İlham Əliyev MÜHÜM FƏRMAN İMZALADI - 2024-ci ilədək...

Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il vergidən azad edildi.

"RegionTV.info"  xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Vergidən azadetmə 2024-ci ilədək davam edəcək. Qeyd edək ki, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci il yanvarın 1-dək vergidən azad edilmişdi.

Digər bir dəyişikliklə isə kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti də 3 il artırılır.
Qüvvədə olan Məcəlləyə əsasən, kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad edilmişdi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də