Ermənistan Prezidenti Administrasiyası guya onun Bakıya səfər etməsi barədə şayiələri təkzib edib.
"RegionTV.info" xəbər verir ki, Bu barədə “Sputnik-Ermənistan” məlumat yayıb.
Qeyd olunur ki, bir müddət əvvəl “İravunk” qəzeti Makedoniyanın Ermənistandakı keçmiş fəxri konsulu Araik Sarkisyanın sözlərini sitat gətirmişdi.
Diplomat Ermənistan prezidentindən “noyabrın 17-də Bakıda nə edirdi” deyə soruşmağı təklif etmişdi.
“Bəzi KİV-də Armen Sarkisyanın noyabrın 17-də guya Bakıda olduğu barədə xəbərlər yer alır. Bu, açıq-aydın yalan və dezinformasiyadır. Prezident nə həmin gün, nə də başqa bir gündə Bakıda olmayıb”,- deyə Ermənistan prezidenti mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
17 noyabr 2020-ci il tarixinə gəlincə, qeyd olunur ki, A.Sarkisyan həmin gün işçi gündəliyinə əsasən, Yerevanda Kanadanın Ermənistanda yeni təyin olunmuş səfiri Elison Meri Lekleri qəbul edib. O, etimadnaməsini ona təqdim edib.
Xəbəri paylaş