Bakı şəhər sakini yanıq xəsarəti ilə Bərdədə xəstəxanaya yerləşdirilib.
"RegionTV.info"nun məlumatına görə, Bakı şəhər sakini 25 yaşlı Eyvazov Əliəhəd xəstəxanaya bədənin müxtəlif hissələrinin yanıq xəsarəti ilə daxil olub. Əliəhəd Eyvazov ilkin ifadəsində sevdiyi qız tərəfindən üzərinə spirt tökülərək yandırıldığını deyib.
Xəstəxanadan verilən məlumata görə, Əliəhəd Eyvazova ilkin yardım göstərilib və müalicəsini davam etdirmək üçün Bakı şəhərinə göndərilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Xəbəri paylaş