
"RegionTV.info" xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.
Onun sözlərinə görə, ilkin və təkrar yoluxma arasında üçaylıq interval olub: “Virusun genomunda dəyişiklik var. Lakin bu nə Britaniya, nə də digər ştammdır”.
A.Qamkrelidze COVID-19-a təkrar yoluxan şəxsin yaşlı olmadığını qeyd edib.