Rusiya ilə Ukrayna arasındakı vəziyyət daha da gərginləşib.
"RegionTV.info" xəbər verir ki, münaqişənin böyüməsi ehtimalı səbəbindən mülki insanların ərazini tərk etmələri ilə bağlı çağırış edilib.
Rusiya Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Aleksandr Şerin, "Vladimir Zelenski Ukrayna döyüşçülərinə Donetskə kütləvi şəkildə hücum etmələrini əmr edərsə, Rusiya rusdilli vətəndaşları müdafiə etməyə hazır olacaq" deyə bildirib:
"Ukrayna Ordusunun sərhəd yaxınlığında xarici müşavirlər ilə birlikdə hərəkətə keçdiyini görsək, Minsk razılaşmaları pozulduğu üçün dərhal və sərt reaksiya verəcəyik".
Rusiyalı millət vəkili yüz minlərlə Donetsk sakininin artıq Rusiya pasportu aldığını və Rusiyanın öz vətəndaşlarını qoruyacağını söyləyib.
Bəzi mənbələrin məlumatına görə, vəziyyəti qiymətləndirmək və Rusiya Ordusuna lazımi bütün təlimatları vermək üçün Kremldəki Rusiya hərbi rəhbərliyi rəsmilərlə ilə görüş keçirəcək.
Ukraynanın PUA-larına qarşı döyüş texnikalarının şaxələndirilməsinə xüsusi diqqət ayrılacaq.
Rəsmi Kiyev Rusiyanın dəstəklədiyi separatçılarla yenidən toqquşmanın ölkənin şərqindəki onsuz da kövrək olan atəşkəsə xələl gətirdiyini bildirərək Qərbdən dəstək istəyib.
Xəbəri paylaş