Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gizli keçirilən toyda DƏHŞƏT YAŞANDI - Gəlin öldü / VİDEO

Hindistanda toy günü faciə baş verib. Roz adlı gəlin həyatını itirib.

"RegionTV.info"   xəbər verir ki, hadisə dini ayin zamanı baş verib. Məlumata görə, gəlinin çox ağladığına görə, səhhəti pisləşib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Hindistanda inanca görə, toy günü gəlinin dəyərli olduğunu nümayiş etdirmək məqsədilə ayin keçirilir. Ayin zamanı xanımlar uzun müddət ağlayır.

Həyatını itirən gəlinin yaxınları bildirib ki, Roz bir müddət əvvəl atasını itirib. Buna görə də, o, çətin günlər yaşayıb. Toy günü təşkil edilən ayin isə ona pis təsir edib. Əlavə edək ki, Hindistanda pandemiya qadağalarına baxmayaraq, toylar keçirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də