Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Martın 10-da nə baş verəcək? - Paşinyan gedir, sonra isə...

Nikol Paşinyan martın 9-u və ya 10-u vəzifəsindən istefa verə bilər.
"RegionTV.info"  bildirir ki, bunu Ermənistanın “Past.am” qəzeti yazıb.

“Ermənistanda daxili siyasi hadisələrin mərkəzində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan və digər yüksək rütbəli zabitlərin Nikol Paşinyanı istefaya çağırdığı bəyanat durur. Nikol Paşinyan 9 və ya 10 mart tarixlərində hərbi dairələrlə birlikdə keçirdiyi görüşlərdə istefa verəcəyinə söz verib, bundan sonra növbədənkənar seçkilər keçiriləcək.

Paşinyan may ayında erkən seçkilərin baş tutacağına əminliyini bildirib. Lakin nə generallar, nə də siyasi dairələr, yumşaq desək, ona inanmırlar. Digər tərəfdən, seçkilərin keçiriləcəyi təqdirdə, görünməmiş miqdarda inzibati resurslardan istifadə ediləcəyi və seçki nəticələrinin saxtalaşdırılacağı düşünülür”, – deyə qəzetin məqaləsində qeyd edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də