ABŞ-da aparılan yeni bir araşdırmada bəzi erkək kəpənəklərin çox ilginc bir üsuldan istifadə edərək cütləşdikləri dişi kəpənəklərə bir “bəkarət kəməri” taxdıqları ortaya çıxıb.
Sözügedən kəpənəklər dişilərin digər kəpənəklərlə cütləşməsinin qarşısını almaq üçün onların cinsi orqanlarını şama bənzər bir tıxacla möhürləyir.
Digər tərəfdən dişilər də möhürlənməsi daha çətin olan, böyük və mürəkkəb cinsiyyət orqanlarını inkişaf etdirərək bununla mübarizə apara bilir. Nəticədə cinsiyyətlər arasında mübarizə şiddətlənir və erkək kəpənəklər qanada bənzər çıxıntılar, sürüşkən pullar və sivri dırnaq kimi daha davamlı tıxaclar inkişaf etdirirlər.
Qeyd edək ki, “Sphragis” kimi tanınan bu quruluşlar, bütün kəpənəklərin sadəcə 1 faizində olur.