Rahibin məsləhəti ilə çaya girən hindli timsahın ovuna çevrildi
Hindistanın Uttar Pradeş əyalətində rahibin məsləhəti ilə çayda üzən şəxs timsahın ovuna çevrilib.
Bu barədə “Times Of India” məlumat yayıb.
18 yaşlı Rinkeş Kumar “havan” adlı dini ayində iştirak edib. Ayindən sonra din xadimi ona çayda çimməyi məsləhət görüb.
Gənc çaya girəndə ona timsah hücum edib və onu suyun dibinə çəkib. Bütün bunlar R.Kumarın çayın sahilində gözləyən əlil atasının gözləri qarşısında baş verib.