Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ! Azərbaycanda güclü qar yağdı: Yol bağlandı - FOTO

Göygöldə yağan qar nəqliyyatın hərəkətində çətinliklər yaradıb.
"RegionTV.info"  xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun əməkdaşı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, hava şəraitinin dəyişməsi ilə əlaqədar Göygöl RPŞ-nin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Bununla əlaqədar RPŞ-nin Dövlət Yol Polis Bölməsinin əməkdaşları rayon ərazisində mütəmadi xidmət apararaq, sürücü və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər görür.

"Göygöl rayon sakinlərindən, xüsusi ilə dağ kəndlərində yaşayanlardan xahiş olunur ki, mümkün qədər yaşayış yerlərini tərk etməsinlər, nəqliyyat vasitəsi idarə edənlər isə ara məsafəsi, minimal sürət və digər zəruri tədbirlərə riayət etsinlər", - deyə məlumatda qeyd olunur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də